Xəbər lenti

 Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov CAMNES elmi tədqiqat mərkəzi və İtaliyanın Kataniya Universitetinin professoru Nikola Laneri qəbul edib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, görüşdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəhbəri Bəxtiyar Cəlilovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin AMEA-nın Gəncə bölməsinin sədri, professor Fuad Əliyev və ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak ediblər.

N.Laner Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət arxeoloji parkın yaradılması üçün əlverişli şərait olduğunu bildirib. O, unikal arxeoparkın yaradılmasının yerli əhali ilə bərabər turistlərin də diqqətini çəkə biləcəyini söyləyib.

N.Bayramov Gəncənin qədim tarixə malik olduğunu qonaqların diqqətinə çatdırıb. O qeyd edib ki, bu cür arxeoparkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq, həmçinin Gəncə və ətraf bölgələrə turizm axınına da təkan verəcək. Şəhər rəhbəri bu işdə Gəncə Şəhər İcra Hakimiyyəti olaraq öz dəstəyini əsirgəməyəcəyini bildirib və alimlərə müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərlə “Erasmus” layihəsi çərçivəsində şərabçılığın və turizmin təbliğatı ilə bağlı elmi mübadilə məsələləri də müzakirə edilib.

Sonda açıq səma altında arxeoloji muzeyin şüşə örtüklə sərgisinin yaradılması barədə razılıq əldə olunub.




Ana səhifəyə qayıt        Baxış: 37          Tarix: 21-08-2019, 17:21      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent