Xəbər lenti

 

Avqustun 22-də bir sıra Qarabağ müharibəsi veteranlarının və bloggerlərin müraciəti əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illlik yubileyi ilə əlaqədar onların Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olunub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və istirahət şəraiti ilə yaxından tanış olunub, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik və arzular şəxsi heyətə çatdırıblar.
Müharibə veteranlarına və sosial media nümayəndələrinə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının yerli bölmələri ilə Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri arasında yüksək səviyyəli qarşılıqlı əlaqə, yerli icra haki­miy­yəti və bələdiyyə orqanları ilə sərhədçilər arasında sıx əməkdaşlıq münasibətləri barədə geniş məlumat verilib, “Sərhədi bütün xalq qoruyur” ifadəsinin gerçəkləşdirilməsi üzrə görülən işlərlə tanış ediliblər.



Ana səhifəyə qayıt        Baxış: 63          Tarix: 23-08-2019, 15:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent