Xəbər lenti

 

Avtomobilin təkərlərinin ölçüləri zavod tövsiyəsindən fərqli olduqda faktiki sürət də idarəetmə panelində göstərilən sürətdən fərqli olur.

Nəticədə yol üçün müəyyən edilmiş həddə yaxın sürətlə hərəkət edən sürücü özü də bilmədən radara düşə bilər.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, ABS sistemi ilə təchiz edilən avtomobillərdə təkərlər ancaq zavod tövsiyəsinə uyğun olmalıdır.

Əks halda idarəetmə panelində olan sürət sürücünü aldada bilər.

Sürücülərin bir çoxu bundan xəbərsizdir. Ona görə də məhz bu səbəbdən cərimələnənlər də var.

Avtomobil ustaları onu da deyirlər ki, təkərlər arasında olan bir millimetrlik fərq də sürətə təsir edə bilir. Bununla yanaşı, zavod tövsiyəsindən fərqli təkərlər digər detalların sıradan çıxmasına da səbəb olur.

Həmçinin təkərlərin fərqli ölçüdə olması benzin sərfiyyatının 8-10 faiz artmasına səbəb olur.\\XəzərTV




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: 22-09-2019, 22:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent