Xəbər lenti

 

“Sentyabrın 30-u küçə sənətçilərinin sənəd qəbulu prosesi başa çatıb”.

Ovqat.com xəbər verir ki, bunu Lent.az -a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib. O bildirib ki, seçimin nəticələri təxminən 1 həftə - 10 gün ərzində məlum olacaq:

"Müraciət edənlər arasında musiqiçilər, rəqqaslar və janqlyorlar var. Küçə sənətçiləri 5 dövlət qurumu tərəfindən seçiləcək. Belə ki, sənətçiləri Dövlət Turizm Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndələrindən ibarət komissiya üzvləri seçəcək. Onların çıxışlarına, bacarıqlarına baxılıb rəy veriləcək”.

R.Bağırov qeyd edib ki, artıq xarici praktikada bundan istifadə edilir:

“Seçilən sənətçilərlə müqavilə bağlanılacaq vəonlar dövlət tərəfindən bizə təklif edilən yerlərdə çıxış edəcəklər.Seçilənlər Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində müəyyən edilmiş 20-25 yerdə çıxış edə biləcəklər. Bundan başqa onlara heç bir ödəniş verilməyəcək, eləcə də alınmayacaq, qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".




Ana səhifəyə qayıt        Baxış: 241          Tarix: 5-10-2019, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma