Xəbər lenti

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən əcnəbi vətəndaş Ezzat Ahmed Khalid Ezzatın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Bakının Nəsimi rayonunda, Vaqif küçəsi, 5 ünvanında baş verib.

Bir ərəb turist kirayə götürdüyü 90-AU-667 dövlət qeydiyyatı nişanlı, KİA markalı minik maşını ilə yolu keçən 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlunu vurub.

1 saylı Klinik Tibbi Mərkəzə aparılan yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan azyaşlı dünyasını dəyişib. 

Ezzat Ahmed Khalid Ezzata Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 313          Tarix: 16-10-2019, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma