Zaqatalada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İsa Nuhiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report"un xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.
Qeyd edək ki, hadisə bu ilin fevral ayının 2-də Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Zaqatala rayonunun Danaçı kənd sakini, 1977-ci il təvəllüdlü İsa Qurban oğlu Nuhiyev idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobilini aşırıb.
Nəticədə onun yaxın qohumu - Balakən rayonunun Katex kənd sakini, 1995-ci il təvəllüdlü Abdulla Kahol oğlu Maamiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. İ.Nuhiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Paylaş: