Xəbər lenti

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib.

"Ölkə.Az" "ICTnews"a istinadən xəbər verir ki, Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir.

Məlumata görə, sərnişinlərin təhlükəsizliyinin təmini üçün pilotsuz uçan aparat paraşütlər və doqquz müstəqil akkumulyatorla təchiz ediləcək. Sərnişinin avtonom taksini mobil telefon proqramı vasitəsilə sifariş edə biləcəyi nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 924          Tarix: 26-09-2017, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma