Xəbər lenti

 

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu Yorkdakı Kornell Universitetinin alimləri əsasən sudan ibarət olan aşağı kalorili kərə yağı analoqunu yaradıblar. 
Bu barədə qurumun saytında dərc olunan xəbərdə bildirilir.
Kimyaçılar bitki yağı və süd yağının əlavə edilməsi ilə çox miqdarda suyu kərə yağına bənzər bir emulsiyaya əlavə ediblər. Bu məhsulda süni stabilizatorlar yoxdur və kərə yağı ilə müqayisədə 75% daha az kalorilidir. Bir yemək qaşığı simulyasiya olunmuş yağda 2,8 q yağ və 25,2 kkalori var, həqiqi yağda isə 11 q yağ və təxminən 100 kkal mövcuddur.
Kimyaçılar məhsulun dadını və digər xüsusiyyətlərini də dəyişə bilərlər.
Tədqiqatın müəlliflərindən biri olan Mişel Li qeyd etmişdir ki, alimlərin simulyasiya üçün istifadə etdikləri texnologiya, son illərdə tələbatı xeyli artan sağlam məhsulların yeni növlərinin yaradılmasında mühüm rol oynaya bilər.



Ana səhifəyə qayıt        Baxış: 343          Tarix: 22-08-2019, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma