Xəbər lenti

 

Türkiyənin məşhur simaları Eminə Bulut adlı qadının keçmiş əri tərəfindən qətlə yetirilməsinə etiraz ediblər. 

Musavat.com xəbər verir ki, siyasətçilər, sənət adamları, idmançılar, sosial şəbəkə fenomenləri sosial şəbəkədə öz etirazlarını bildiriblər və Emine Bulut haştağı ilə kampaniyaya başlayıblar.  Kampaniyaya qoşulanlar arasında Əkrəm İmamoğlu, Mansur yavaş, Hadisə, Haluk Levent, Sıla, Hazal kaya və başqaları yer alıb. 

Qeyd edək ki, Emine Bulut 4 il əvvəl boşandığı həyat yoldaşı Fedai  Baran tərəfindən boğaz kəsilib. Qadının “Ölmək istəmirəm”, qızının “Ana, nə olar, ölmə” deyə qışqırması insanları ayağa qaldırıb.

Könül
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 401          Tarix: 23-08-2019, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma