Xəbər lenti

Ayda və Marsda qəsəbələr salmaq üçün İDEAL YERLƏR tapıldı - FOTO

İtalyan alimləri cəsarətli bəyanatla çıxış ediblər ki, Ayda və Marsda insanın qəsəbələr salaraq yaşaması üçün optimal yerlər tapılıb.

Publika.az xəbər verir ki, Paduya və Boloniyadan olan tədqiqatçılar Planetlərin səthinin analizindən sonra, məhz mağaralar və "lava boruları"nın insanları kosmik şüadan və mikrometeorit axınlarından qorumağa qadir olduğunu bildiriblər.

Marsda və Ayda maksimal müdafiə ilə bağlı tədqiqatın nəticəsi Birləşmiş Avropa Astrofiziklərinin rəsmi saytı “Eroplanet”də yerləşdirilib.

Qeyd edək ki, "lava boruları" faktiki olaraq, lavanın eyni səviyyədə soyumaması vaxtı yaranmış kanaldır. Səthdə lavanın maye qatları daha sürətli soyuyur və monolit yaradır, onların altında isə daha isti axınlar tunel formalaşdırır.

Publika.az daha əvvəl məlumat vermişdi ki, məhz Ayda çoxkilometrli yeraltı tunellər var. Tədqiqatlar yapon aparatı "Kaquya"nın köməyi ilə aparılıb. Bu boşluqları, tunelləri gələcəkdə sınaqlar, hətta ilk Ay yaşayış məskənlərinin salınması üçün istifadə etmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, kosmik turizm sahəsində Rusiya və Qərb müxtəlif layihələrə artıq başlayıb. Rusiyada kosmik turizm üçün suborbital gəminin 2019-2020 illərdə fəaliyyətə başlayacağı nəzərdə tutulur. Bu işlə "KosmoKurs" şirkəti məşğul olur. "KosmoKurs" şirkətinin baş direktoru Pavel Puşkin mətbuata bildirib ki, kosmosa səyahət 200-250 min ABŞ dollarına başa gələcək.

Qeyd etdiyimiz kimi Qərbin də kosmosa böyük köçlə bağlı öz planları var. Britaniya planetlərarası cəmiyyətin üzvü Djerri Stoun elan edib ki, onların layihəsinə görə, bu çoxkilometrli silindr şəklində əsl meqapolis olacaq. Uzağı 20 ildən sonra milyonlarla Yerli orada məskunlaşa biləcək.

Zaur H.




Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 30-09-2017, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma