Xəbər lenti

Türkiyədə hərbi hissədə növbəti qida zəhərlənməsi qeydə alınıb.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Kastamonu vilayətində yerləşən hərbi hissələrdən birində iftardan sonra 38 əsgər qida zəhərlənməsi ilə tibb məntəqəsinə yerləşdirilib.

Vəziyyəti daha ağır olan 8 Kastamonu Anadolu Xəstəxanası və Kastamonu Dövlət Xəstəxanasına aparılıb. Digər 30 əsgərin müalicəsi isə tibb məntəqəsində davam edir.

Qeyd edək ki, bu, son 2 ayda Türkiyə hərbi hissələrində 3-cü kütləvi zəhərlənmə faktıdır.

İyunun 18-də Türkiyənin Manisa bölgəsində xidmət edən 731 əsgər zəhərlənmədən xəstəxanalara yerləşdirilib. Hərbi hissəni yeməklə təmin edən şirkətin 21 əməkdaşı saxlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 20-06-2017, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma