Xəbər lenti

 

Bu gün Ay Yer kürəsinə maksimum yaxın məsafədən keçəcək.

Ovqat.com bildirir ki, bu barədə AMEA-nın saytı məlumat yayıb.

Məlumata görə, Ay Yer ətrafında uzadılmış orbit trayektoriyası üzrə hərəkət edir. Ayda bir dəfə o, Yerə yaxınlaşaraq perigey nöqtəsini keçir, həmçinin ayda bir dəfə apogey nöqtəsini keçərək Yerdən uzaqlaşır.

Mayın 26-da qeydə alınacaq Ay perigeyini bu ilin ən yaxın məsafəsi hesab etmək olar.

Beləliklə, bu gün Ay Yerə 357209 km yaxınlaşacaq.

9 iyun tarixində Ay Yerin təbii peyki apogeyi keçərək planetimizdən 406401 kilometr uzaqlaşacaq. Dekabrın 19-da isə Yerdən maksimal uzaq məsəfədə (406604 kilometr) olacaq.




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 26-05-2017, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma