Xəbər lenti

MTN-in Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini olmuş Orxan Osmanov azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilən və 4 il müddətinə azadlıqdan məhrum edilən O.Osmanov azadlığa buraxılıb.

O, general Akif Çovdarov, polkovnik Səlim Məmmədov və Akif Əliyevlə birlikdə mühakimə olunub. Osmanov bu ilin əvvəlində Xəzər rayon Məhkəməsinə ərizə verib ki, şərti olaraq, vaxtından əvvəl azadlığa çıxmaq istəmişdi Lakin onun ərizəsi təmin edilməmişdi.

Osmanov həbsindən sonra Bakı istintaq təcridxanasında özünə xəsarət yetirməyə cəhd göstərmişdi.

Xatırladaq ki, O.Osmanova qarşı irəli sürülən ittihamlardan biri də "Bakı Metropoliteni"nin keçmiş rəhbəri Tağı Əhmədovun qohumlarının MTN-də döyülüb, onlardan T.Əhmədovun əleyhinə ifadə almaq cəhdi barədə idi.

Orxan Osmanovun Tağı Əhmədovun qohumlarını sillələməsi ilə yadda qalıb. Cinayət işi materiallarında MTN zabitlərinin ifadəsindən də məlum olub ki, həqiqətən də Tağı Əhmədovun qohumları Osmanov tərəfindən döyülüb.

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü İdarəsinin sabiq rəisi Rəsulov Rəsul Mösüm oğlu ifadəsində göstərmişdi ki, MTN-də 6-cı Baş idarəsinin tərkibində olan nəqliyyat idarəsində rəis müavini işləyərkən 6-cı Baş idarənin rəisi Akif Çovdarov ona bildirib ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədova MTN-nə avtomaşın alınması ilə bağlı imkanı daxilində kömək etməsi barədə onun sözünü çatdırıb. O da Akif Çovdarovun bu sözlərini Tağı Əhmədova görüşdə çatdırıb, Tağı Əhmədov isə deyib ki, imkanı yoxdur.

Bundan sonra Tağı Əhmədovun metrostansiyaların keçidlərində olan mağazalara nəzarət edən qardaşı oğlu Şövqi Əhmədov və Elşən Tağıyev MTN -ə çağırılaraq döyülüb. Onlardan Tağı Əhmədovun hakim oğlu və hər gün metro keçidkərindən yığılan nağd pullarla bağlı suallar soruşulub.




Ana səhifəyə qayıt        Baxış: 364          Tarix: 21-11-2019, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma