Xəbər lenti

 

Amerika alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, paxlalı bitkilərə aid olan soya kişilər üçün faydalı məhsul deyil və potensiyanın azalması, sonsuzluq kimi mənfi halların riskini artırır.

Ovqat.com ZİV.ru saytına istinadən xəbər verir ki, soyanın tərkibində olan bəzi maddələr orqanizmə olan təsirə görə qadın cinsi hormonlarını - "estrogenləri" xatırladır. Bu maddələri "fitoestrogen"lər adlandırırlar. Qadın sağlamlığı və dölyaratma sisteminə bu maddələr müsbət təsir etsə də, kşilərin sağlamlığına əksinə mənfi təsir edir.

Zülallarla zəngin olan ucuz soya dünyada çox yayılmış məhsuldur və bir çox hazır qidaların (kolbasa, sosis və s.), yarımfabrikatların (dükanlarda satılan müxtəlif blinçiklər, suplar, pizzalar və s.), sousların, mayonezlərin və digər qidaların tərkibinə daxil edilir. Soya zülallarının əsasında "süni" ət hazırlanır. Alimlər kişilərə qidalanmada soyanın istehlakını minimuma azaltmağı tövsiyə edirlər.




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 11-10-2017, 18:26      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent