Xəbər lenti

 

Bütün dünyada məşhurlaşan bu yapon yeməyi orqanizmə sağalmaz ziyan vura bilər.

Dünyaca məşhur "Telegraph" nəşri suşinin insan orqanizmi üçün təhlükəsi barədə geniş material dərc edib.

Florida Atlantik Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmalar nəticəsində suşinin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkar olunub.

Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər. Mütəxəssislər çiy balıq ilə suşi yeyən insanların orqanizmində dəniz məhsullarından zəhərlənməyə səbəb olan "vibrio alginolyticus" bakteriyalarının dərmanlara qarşı güclü müqavimət göstərdiklərini müəyyənləşdiriblər.

Bu növ bakteriyalar dəniz suyunda aktiv şəkildə çoxalaraq yayılırlar. Həmin bakteriya bir çox ölkələrdə məşhur olan yapon yeməklərinin içindəki çiy və yarımçiy balıqlardan asanlıqla insan orqanizminə daxil ola bilirlər.

Alimlərin delfinlər üzərində apardıqları uzunmüddətli müşahidələr zamanı müəyyən edilib ki, heyvanların orqanizmindəki "məhvedilməz" bakteriyalar 2009-15-ci illər ərzində ikiqat artıb.

Mütəxəssislər bu sınaqların subyekti qismində delfinlərin seçilməsini həmin məməlilərin dənizlərdə yaşayan bütün digər canlıların indikatoru olmaları ilə izah ediblər. \\azxeber.com




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 22-11-2019, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma