Xəbər lenti

                         

Prezident İlham Əliyevin dünənki sərəncamları ətrafında qızğın müzakirələr davam edir. Keçmiş vergilər naziri Fazil Məmmədovla bağlı məsələ aydındır – heç kim onun yenidən böyük vəzifəyə qaytarılacağını gözləmir və onun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri də, təxminən məlumdur.

F.Məmmədovun postunu tərk edəcəyi gözlənilirdi deyə, Prezidentin müvafiq sərəncamı təəccüb doğurmadı. Lakin Təhsil naziri Mikayıl Cabbarova münasibətdə bu fikri irəli sürmək mümkün deyil. Cənab Cabbarovun Təhsil Nazirliyindən Vergilər Nazirliyinə transferini çətin ki, kimsə proqnozlaşdıra bilmişdi.

mikayil cabbarov tehsil azpolitika.info

Bununla belə, dünənki sərəncamlardan sonra M.Cabbarovla bağlı proqnoz verənlərin sayında artım var. Məsələn, iqtisadçı Qubad İbadoğlu hələ 1 sutkadan da azdır ki, Vergilər naziri postuna əyləşən Cabbarovla bağlı belə bir açıqlama-proqnozla çıxış edib: “Bu təyinatı Baş nazirliyə gedən yolda sonuncu mərhələ kimi dəyərləndirmək olar”.

tehsil-nazirliyi-bina-1

Q.İbadoğlunun daha bir proqnozu yeni Təhsil nazirinin kim olacağı ilə bağlıdır. “AzPolitika”nın məlumatına görə, iqtisadçı bu barədə “Facebook”da yazıb:“Böyük ehtimalla, yeni Təhsil naziri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təqdimatı ilə təyin ediləcək və xanım olacaq. Onu da nəzərə almaq lazımdır ki, yeni nazir gələn il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə etmək qabiliyyətində olmalıdır”.//AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 1 132          Tarix: 6-12-2017, 22:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma