Xəbər lenti

Milli Məclisin plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 52 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müdafiə haqqında”, “Dövlət qulluğu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Torpaq islahatı haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Mühasibat uçotu haqqında”, “Sosial sığorta haqqında” və s. qanuna, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Mülki Prosessual, Cəzaların İcrası Əmək, Miqrasiya, Vergi məcəllələrinə dəyişiklik layihələridir. Bu dəyişikliklərin əksəriyyəti texniki xarakterlidir.

Deputatlar yeni hazırlanan “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” (ikinci oxunuş) qanun layihələrini də müzakirə edəcəklər.

Plenar iclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalının təsis edilməsi məsələsi də müzakirə olunacaq.

İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-ci il üzrə məlumatı təqdim edəcəyi də gözlənilir.

 




Ana səhifəyə qayıt        Baxış: 481          Tarix: 1-05-2018, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma