Xəbər lenti

Azərbaycan Milli Məclisinin dekabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

"Report"un xəbərinə görə, toplantının gündəliyinə 31 məsələ daxildir. 

İclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar. 

Bundan başqa, deputatlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Dövlət borcu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Pasportlar haqqında", "Azərbaycan Silahlı Qüvvələri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlara və İnzibati Xətalar, Cəzaların İcrası, Miqrasiya, Vergi, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələrinə baxacaqlar. 




Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 24-11-2017, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma