Xəbər lenti

"Avropa İttifaqının (Aİ) və Azərbaycanın həyata keçirdiyi işlərə baxmayaraq, ölkədə qadınlar və uşaqlar hələ də insan alverinin qurbanı olurlar".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” günü adlı tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Azərbaycan bu problemin qarşısının alınması üçün çoxlu işlər görüb: "Bu, həmçinin qanunverici sahəni də əhatə edib. Avropa İttifaqı bu addımları dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək. Biz bu sahədə Azərbaycanda həyata keçirilən layihələrə maliyyə ayırırıq. Əminən ki, birgə səylərimiz nəticəsində bu problemi aradan qaldıracağıq".

Onun sözlərinə görə, insan alveri dünyada çoxmilyardlıq bir biznesə çevrilib və insanı bir növ əşya kimi alıb-satırlar: "Bu biznesin böyük gəliri olmasaydı heç mövcud da olmazdı. Avropa İttifaqı bu problemin qarşısının alınması üçün böyük işlər görür. Bizim 5 illik strategiyamız bu məqsədlərə yönəlib".




Ana səhifəyə qayıt        Baxış: 1 061          Tarix: 18-10-2017, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma