Böyük Britaniyanın çıxışı Avropa İttifaqının büdcəsini 12 milyard avrodan məhrum edəcək.
Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Bild” nəşrinə Avropa İttifaqı Komissiyasının büdcə üzrə komissarı Günter Ettinger deyib.
Onun sözlərinə görə, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra digər üzv ölkələr qurumun büdcəsinə daha yüksək məbləğ ödəməli olacaqlar.
Qeyd edək ki, London “Breksit”dən sonra bütün maliyyə öhdəliklərini dayandırmaq üçün Avropa İttifaqına birdəfəlik 40 milyard avroya qədər ödəməyə hazırdır. Amma Brüssel bildirir ki, Böyük Britaniya ən azı 2020-ci ilə qədər Avropa İttifaqının uzunmüddətli proqramları üzrə pul ödəməli olacaq.
“Breksit” prosesi cari il martın 29-da başlanıb və Böyük Britaniya 2019-ci il martın 29-na kimi Avropa İttifaqını tərk etməyə məcburdur.
Paylaş: