Xəbər lenti

"Halal" keyfiyyət sertifikatı məhsulların təhlükəsizlik göstəricisi deyil.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, rəhbərlik etdiyi agentlik halal məhsullar üçün keyfiyyət sertifikatı verməyi planlaşdırmır: "Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur".

Sədr qeyd edib ki, laboratoriya şəraitində məhsullarda yalnız donuz əti və emulsiyasının olduğunu müəyyən etmək olar:

"Lakin hər hansı məhsulun "halal" standartına aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu məsələ ilə maraqlanan vətəndaşlar dini strukturlardan məsləhət ala bilərlər"

 




Ana səhifəyə qayıt        Baxış: 978          Tarix: 14-03-2018, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma