Xəbər lenti

Bakıda avqust ayında təkrar mənzillərin qiyməti bir kvadrat metr üçün 943 dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 1,57 faiz çoxdur.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ilin əvvəlindən təkrar mənzil bazarında qiymətlər 3,87 faiz azalıb, 2017-ci ilin avqustu ilə müqayisədə isə 2,17 faiz artıb: “Bazarda təklif olunan mənzillərin orta qiyməti 124,23 min dollara çatıb. Mənzillərin kirayə dəyəri orta hesabla 526 dollar təşkil edib”.

Daşınmaz əmlak bazarının digər seqmentlərindən danışan ekspert qeyd edib ki, torpaq bazarında qiymətlər artıb, kommersiya obyektləri bazarında isə azalıb: “Avqust ayında torpaq bazarında qiymətlər 0,24 faiz, ilin əvvəlindən 7,41 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,04 faiz artıb. Kommersiya obyektləri bazarında qiymətlər bir ay ərzində 0,72 faiz, ilin əvvəlindən 0,95 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 5,89 faiz azalıb”.

Ekspert əlavə edib ki, payızın yaxınlaşması ilə əlaqədar şəhərkənarı və bağ evlərinin qiyməti cüzi azalıb:

“Avqust ayında orta qiymət 114,96 min dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,49 faiz azalıb, ilin əvvəlindən isə 28,92 faiz artıb”.

 




Ana səhifəyə qayıt        Baxış: 16          Tarix: 11-10-2018, 11:39      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent