Xəbər lenti

 

Dövlət İmtahan Mərkəzi 2019-cu ildən tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssələrinə qəbul imtahanlarının yeni modelini açıqlayıb.

Baku TV-yə müsahibə verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə yeni qaydaların bütün detallarına aydınlıq gətirib.

DİM rəsmisi əvvəlcə 9 və 11 illik təhsil səviyyəsi üzrə yekun qiymətləndirmə imtahanlarının şərtlərindən danışıb:

“Əsas yeniliklər ali təhsil müəssələrinin bakalavriat səviyyəsində keçiriləcək qəbul imtahanları ilə bağlıdır. Belə ki, bu ildən etibarən abituriyentlər hər qrup üzrə üç fəndən imtahan verəcəklər.

Yeniliklərdən biri də əvvəlki illərin məzunları ilə bağlıdır. Bu ildən etibarən əvvəlki illərin məzunları ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə imtahan verəcəklər”.

Xanlar Xanlarzadə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul şərtlərini də açıqlayıb.

Son olaraq DİM rəsmisi bu il keçiriləcək qəbul imtahanları  günlərinin siyahısının yanvar ayında elan olunacağını qeyd edib.

Baku TV-nin hazırladığı müsahibəni təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 32          Tarix: 11-10-2018, 21:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent