Xəbər lenti

 

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı avqustun 27-də başa çatacaq.

Təhsil Nazirliyinin məlumatına görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.




Ana səhifəyə qayıt        Baxış: 293          Tarix: 26-08-2019, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma