Xəbər lenti

 

İlk dərs günündə bütün şagirdlərə məhz Cocuq Mərcanlıdan, aprel döyüşlərindən danışdılar. Böyük qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı da da Bilik günü həyacanı yaşanıb. Kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənib. Bilik günü məktəbə və şagirdlərə dərslik, metodiki vasitə, bədii kitab, məktəbli geyimi, çanta, idman formaları və digər dərs ləvazimatları verilib.

Cocuq mərcanlıda 24 ildən sonra yenidən məktəb zəngi çalındı. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan quruculuq abadlıq işlərindən sonra, yeni evlər və digər infrasturukturla yanaşı məktəb binası da tikilib istifadəyə verildi. Bu kənddən olan müəllimlər ,valideynlər və şagirdlər bu il bilik gününü elə doğma kəndlərində qeyd etdilər.

Bilik günü münasibətilə Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Cəbrayıl və Xocavənd Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, qəsəbə sakinləri, tikintidə iştirak etmiş inşaat təşkilatlarının rəhbərləri, valideynlər iştirak ediblər. Mərasim Azərbaycanın Dövlət Himni ilə başlayıb.

Çalınan ilk zəngdən sonra Şagirdlər siniflərə daxil olublar.

İlk dərs məşğələsi "Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı" mövzusuna həsr olunub.

Məktəbdə 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq. Bilik günü məktəbə və şagirdlərə dərslik, metodiki vasitə, bədii kitab, məktəbli geyimi, çanta, idman formaları, dərs ləvazimatları verilib.




Ana səhifəyə qayıt        Baxış: 1 120          Tarix: 15-09-2017, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma