Xəbər lenti
7-07-2020, 11:23
7-07-2020, 11:05

 

Bu gecə Hicri-Qəməri təqvimi ilə Azərbaycanda mübarək Ramazan ayı başlayır.

Bu gecə niyyət axşamıdır. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt niyyət etməklə, hər bir müsəlman Ramazan ayına başlamış olur. Ramazan ayı orucunun niyyətini həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Hər gün üçün niyyət belə edilir - “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

“Ramazan ayından öncəki gün (buna Şəkk günü də deyilir) qəzası olan insanlar qəza niyyətilə, olmayanlar müstəhəb niyyəti ilə oruc tuturlar”.

Ovqat.com bildirir ki, bu sözləri Metbuat.az- açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad pənahlı bildirib. Onun sözlərinə görə, Ramazan ayının müxtəlif duaları var. Eləcə də, ilk gecənin duası. Oruc tutacaq şəxlərin bu duaları bilməsi vacibdir.

Ramazan ayının 1-ci gününün duası: Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.
Tərcüməsi:
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

Xəyalə Məmmədova




Ana səhifəyə qayıt        Baxış: 1 147          Tarix: 26-05-2017, 16:30      


Paylaş:   

Ən çox oxunanlar