Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq kürd muxtariyyətinə müstəqillik referendumu ilə əlaqədar xəbərdarlıq edib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident neft nəqlinin dayandırılacağını bildirib.
“Görəsən, Şimali İraq neftini hara axıdacaq və ya kimə satacaq. Bütün giriş və çıxışlar bağlanılacaq”, - Ərdoğan deyib.
Türkiyə prezidentinin sözlərinə görə, referendumun nəticələrindən asılı olmayaraq, Ankara onu absurd və qeyri-qanuni hesab edir. İraqın federal quruluşunun referendumu qəbul etmədiyini deyən Ərdoğan bütün lazımı addımların atılacağını vurğulayıb: “Siyasi, iqtisadi, ticari və təhlükəsizliklə bağlı addımları atırıq. Güzəşt edilməyəcək. Hazırda İran da eyni vəziyyətdədir”.
Qeyd edək ki, bu gün Şimali İraq kürd muxtariyyətində müstəqillik referendumu keçirilir.
Paylaş: