Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınması üçün şərtlərini açıqlayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, şərtlər İraq mərkəzi hökumətin nümayəndələri ilə görüşdə irəli sürülüb.
Məlumata görə, kürd muxtariyyətinin irəli sürdüyü şərtlər aşağıdakılardır:
- “Kürdüstan” bölgəsinə ayrılan büdcə vəsaitinin göndərilməsi
- İraq Konstitusiyasının 140-cı maddəsinin tətbiq olunması (Kərkük başda olmaqla mübahisəli bölgələrin statusunun müəyyən edilməsi)
- Kürdlərin İraq hökumətində azaldılan yerlərinin geri verilməsi
- İraq ordusunda kürdlərin sayının artırılması.
Ərbil sözügedən şərtlərin Bağdad tərəfindən qəbul ediləcəyi halda referendum bir neçə aylığa, müəyyən bir tarixə qədər təxirə salınacağını bildirib.
Paylaş: