Xəbər lenti

 Kataloniya hakimiyyəti İspaniya hökumətinin region üzrə nümayəndəsi Enrika Miyonu repressiyada günahlandıraraq onun təcili istefasını tələb edib.

 APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Barselonada keçirilən mətbuat konfransında Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul bildirib.

 J. Turul deyib ki, Kataloniyada dövlət repressiyasına birbaşa E. Miyo məsuliyyət daşıdığı üçün yalnız onun istefasını tələb edirlər.

 Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır. 




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 1-10-2017, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma