Xəbər lenti

İspaniyadan ayrılmaq istəyən Kataloniya muxtar bölgəsi oktyabrın 1-də müstəqillik haqqlında referendum keçirəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar gələn həftə Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon tərəfindən elan olunacaq.

Puçdemon Madridə səfər edərək “Kataloniya üçün referendum. Demokratik razılşama üçün dəvət” adlı tədbir keçirəcək. Tədbirə o, İspaniya baş naziri Manuel Rahoyanı və ölkənin digər siyasi partiya liderlərini dəvət edib.

Qeyd olunur ki, katalonlar İspaniya Konstitusiya məhkəməsinin müstəqillik referendumunun keçirilməsini qanunsuz elan edən qərarını ləğv etməyə çağırış edəcək. Paralel olaraq, birtərəfli qaydada İspaniya qanunlarının Kataloniya qanunları ilə əvəzlənməsi üzərində iş gedir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 187          Tarix: 16-05-2017, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma