Xəbər lenti

Sabah qiyamət qopacaq: Avropanın məhvi başlanır – VİDEOİspaniyanın Kataloniya muxtar vilayəti sabah müstəqillik referendumu keçirəcək.

Publika.az
 xəbər verir ki, sabahkı referendumda İspaniyada böyük qarşıdurma gözlənilir. Artıq İspaniyanın mərkəzi hökuməti polisə seçki məntəqələrini bağlamağı əmr edib, Kataloniya rəhbərliyi isə referendumu təxirə salmayacaqlarını bildirib.

Mərkəzi hökumət Kataloniyanın paytaxtı Barselonanın hava sahəsini 2 oktyabra qədər bağlayacağını elan edib.

Kataloniya hökumətinin sözçüsü Jordi Turull 5,3 milyon seçicini 2315 seçki məntəqəsində səsverməyə dəvət edib.

İspaniya hökuməti isə oktyabrın 1-də heç bir halda seçki keçirilməyəcəyini, referendumun qeyri-qanuni olduğunu bəyan edib.

Sabahkı referendum Avropanın “qiyamət günü” kimi dəyərləndirilir. İspaniya mediası Kataloniyada keçiriləcək referendumun Avropadakı digər avtonom bölgələrə də təsir edəcəyini, parçalanma prosesinin bütün Qitəni əhatə edəcəyini bildirib. Əlavə edib ki, bu Avropanın məhvinə doğru aparan prosesdir. Lakin bütün xəbərdarlıqlara rəğmən, Kataloniya istəyindən vaz keçmir.




Ana səhifəyə qayıt        Baxış: 726          Tarix: 30-09-2017, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma