Xəbər lenti

Kataloniya parlamenti muxtar cəmiyyətin İspaniyanın tərkibindən çıxışını nizama salacaq qanunu qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "El Pais" bildirib.

Qanunun lehinə parlamentin 71 üzvü səs verib. Parlamentin 10 üzvü ona qarşı çıxıb. Müzakirələr zamanı bitərəf qalan olmayıb.

Qeyd edilir ki, İspaniyanın hökuməti müstəqillik haqqında referendum haqqında Kataloniyanın hakimiyyəti tərəfindən qəbul edilmiş bütün əvvəlki sənədlər kimi bu qanuna da Konstitusiya Məhkəməsində etiraz edəcək.

Daha əvvəl bildirilirdi ki, İspaniya Kataloniya parlamentinə müstəqillik haqqında referendum haqqında qanunun qəbuluyla əlaqədar məhkəmə iddiaları hazırlayır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 070          Tarix: 8-09-2017, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma