Mixail Saakaşvili çərşənbə günü, oktyabrın 4-də Ukrayna prezidenti ilə ciddi danışıq aparıb. Düzdür, müzakirə qiyabi idi, amma bu, danışıqların məğzini yumşaltmır.
Publika.az bildirir ki, hər şeydən əvvəl Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş rəhbəri Pyotr Poroşenkonu səlahiyyətlərindən könüllü əl çəkməsini tələb edib. "İndiki şəraitdə istefa həm sizin üçün həm də dövlət üçün qurtuluş olacaq", - Saakaşvili bildirib.
Lakin Poroşenko öz postunu saxlaya da bilər, amma bu yalnız Saakaşvilinin irəli sürdüyü tələblərə əməl ediləcəyi təqdirdə baş verəcək. Onun və tərəfdarlarının tələbləri budur ki, deputatlardan parlament toxunulmazlığı ləğv edilsin, korrupsiyaya qarşı qərəzsiz məhkəmə yaradılsın və yeni seçki qanunu qəbul edilsin.
Eyni zamanda, keçmiş qubernator prezidentə dolğun düşünməyə də çox vaxt verməyib. Belə ki, artıq oktyabrın 17-də Kiyevdə Saakaşvilinin partiyasının genişmiqyaslı aksiyası nəzərdə tutulub.
Paylaş: