Xəbər lenti

Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Krivoy Roq şəhərinə səfəri zamanı xoşagəlməz vəziyyətlə qarşılaşıb.

Publika.az “ren.tv”nin saytına istinadən xəbər verir ki, şəhər sakinlərindən biri Saakaşvilinin üstünə yumurta atıb.

Hadisə keçmiş qubernator Kiyev hadisələri zamanı ölənlərin abidəsi önünə gül dəstəsi qoyduqdan sonra vətəndaşlara müraciəti zamanı baş verib. Saakaşvilinin üstünə yumurta atan kişi saxlanılıb.

Üstünü təmizləməyə çalışan Saakaşvili zarafatla bildirib ki, onu “Yaşıllar partiyasına” qəbul etdilər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 069          Tarix: 19-06-2017, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma