Xəbər lenti

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ədliyyə naziri Pavel Petrenko ilə mübahisəsinə dair videokadrlar internetdə yayılıb.

Virtualaz.org xəbər verir ki, mübahisəyə səbəb Saakaşvilinin partiyasının Ukraynada qeydiyyatının əngəllənməsi olub. 

Saakaşvilinin sözlərinə görə, Ədliyyə Nazirliyi onun partiyasını qeydə almayıb, əvəzində “Mixail Saakaşvili Bloku” adında siyasi qüvvəni qeydə alıb, hansı ki, həmin blok xüsusi olaraq bu məqsədlə adını dəyişmiş şəxsin adına qeydiyyatdan keçirilib. Petrenko söhbət zamanı bildirib ki, Saakaşvili bu günə qədər partiyasının adının dəyişdirilməsinə dair sənədləri təqdim etməyib. Eks-qubernator isə buna etiraz edib: “Nəyə görə biz? Sən nazir yox, sadəcə olaraq əclafsan”-o, Petrenkonun üzünə deyib. Bundan sonra tərəflər arasında mübahisə qızışıb, Saakaşvili naziri bir daha söyərək otağı tərk edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 197          Tarix: 31-05-2017, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma