Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahına yol açmasına mane olmur.
APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“İranlılar çox cəld nüvə silahlarına yol açıblar. Razılaşma İranın nüvə silahına yol açmasına mane olmur və... 1,7 milyard dollar nağd pul”, deyə Tramp vurğulayıb. Adıçəkilən məbləğlə nəyi nəzərdə tutduğunu ABŞ prezidenti izah etməyib.
“Bir sözlə bu ən pis sövdələşmədir. Biz ondan heç nə görmədik”, Tramp deyib.
Bundan əvvəl NBC telekanalı xəbər verib ki, NBC Tramp İranla nüvə razılaşmasına dair yekun qərarını oktyabrın 13-də açıqlayacaq.
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə p
Paylaş: