ABŞ İranın neft ixrac etməsinə mane olmayacaq.
Ovqat.com məlumatına görə "Report" "RİA" agentliyinə istinadən bildirir ki, bu açıqlamanı ilə ABŞ Prezidenti Donald Tramp verib.
Tramp ABŞ-ın dövlət katibi, maliyyə və energetika nazirlərinə göndərdiyi rəsmi xəbərdarlıqda qeyd edib ki, onun ölkəsi İran neftinin idxalına ehtiyac duymur. Xatırladaq ki, bu cür məktub 2012-ci ildən etibarən nazirlərə göndərilir.
"Buna baxmayaraq, mənim administrasiyam İranla bağlı siyasətinə yenidən baxış keçirsə də, ABŞ İran tərəfindən xam neftin ixrac edilməsinə məhdudiyyət qoyulmasına hazırda səy göstərmir", - deyə dövlət başçısı bildirib.
Qeyd edəkl ki, İranla "altılıq" ölkələri 2015-ci il iyul ayının 14-də tarixi nüvə anlaşmasında razılaşıblar. Nəticədə, 2016-cı il yanvarın 16-dan İrana tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları aradan qaldırılıb.
Paylaş: