Xəbər lenti


ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina etmir.
 
APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert özünün “Tvitter” səhifəsində yazıb.
 
“Televiziya manşetlərinə aldanmayın. Biz İranla əldə olunan nüvə razılaşmasından imtina etmirik. İranın terror fəaliyyətini qiymətləndirmək üçün yanaşmamızı genişləndiririk və s.”, H.Noyert yazıb.
 
Oktyabrın 13-də prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
 
Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.




Ana səhifəyə qayıt        Baxış: 1 117          Tarix: 14-10-2017, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma