Xəbər lenti

 İraqın mərkəzi hakimiyyəti Mosul su anbarı üzərində nəzarəti bərpa edib.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, bunu “İttihadiyyə” Polis Təşkilatının rəsmi nümayəndəsi Əli Əkbər əl-Hafaci bildirib.

Onun sözlərinə görə, su anbarı üzərində Bağdadın nəzarətini bərpa edərkən “Haşdi-Şabi” silahlıları ilə İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökumətinə bağlı “peşmərgə” silahlı dəstəsi arasında atışma olub. Polis rəsmisi deyib ki, 3 saat davam edən atışma nəticəsində “Haşdi-Şabi”nin 8, “peşmərgə”nin 1 silahlısı öldürülüb, 11 nəfər yaralanıb.

Məlumatda bildirilib ki, İraq ordusu Ninova vilayətindəki su anbarın üzərində də nəzarəti bərpa edib.

Qeyd edək ki, Mosul su anbarı İraqın ən böyük su anbarıdır. Bu süni su hövzəsi ölkənin su ehtiyaclarını ödəməklə yanaşı, enerji mənbələrinin nəzarətə alınması baxımından çox əhəmiyyətli sayılır. 




Ana səhifəyə qayıt        Baxış: 444          Tarix: 18-10-2017, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma