İraqın mərkəzi hakimiyyətinə bağlı təhlükəsizlik qüvvələri Mosul əyalətinin Sincar rayonuna nəzarəti bərpa edib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin şimalındakı yerli hökumətin silahlı dəstəsi sayılan “peşmərgə” müqavimət göstərmədən ərazini tərk edib.
Məlumata görə, Sincara “Haşdi Şabi”nin 500-600 nəfərlik qrupu daxil olub. İraq polisi və ordu qüvvələri hələlik şəhərə daxil olmayıb və bölgə ətrafında yerləşdirilib.
Xəbərdə bildirilib ki, İraq hərbçilər “peşmərgə”nin nəzarəti altında olan Avana və Bai-Hassan neft sahələrini də azad edib.
Qeyd edək ki, Türkiyə hökuməti terrorçu PKK qruplaşmasının Sincarda düşərgə saldığı barədə rəsmi Bağdadı və İraqın şimalındakı Kürd Muxtar Əyalətinin rəhbəri Məsud Barzanini xəbərdar etmiş, onların orada məskunlaşmasına yol verilməyəcəyini bildirmişdi.
Paylaş: