Donald Tramp ABŞ prezidenti kimi and içəndən sonra 20 ölkə Şimali Koreya ilə ya diplomatik münasibətləri kəsib, ya da bu əlaqələri məhdudlaşdırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın "KBS" televiziyası yayıb.
İnformasiyaya əsasən, 2017-ci il yanvarın 20-dən indiyə qədər Şimali Koreya ilə dost münasibətlərində olan Myanma, Vyetnam və Uqanda kimi dövlətlər də rəsmi Pxenyanla diplomatik əlaqələri dayandırıb. Bu 3 ölkə şimali koreyalı diplomatları ölkədən çıxarıblar. Bundan başqa, ticarət şirkətləri yanında fəaliyyət göstərən diplomatlar qanunsuz yolla xarici valyuta əldə etdikləri üçün “arzuolunmaz şəxs” elan olunublar.
Məlumata görə, Portuqaliya Şimali Koreya ilə 42 illik diplomatik əlaqələri dayandırıb. Ondan əvvəl isə Meksika, Peru, İspaniya, İtaliya və Küveyt şimali koreyalı diplomatları ölkələrindən çıxarıblar.
Paylaş: