Xəbər lenti

Peşmərgə Mosula gedən yolu bağladı – Döyüşlər davam edir
Şimali İraq Kürd Muxtariyyəti bu gün səhər saatlarında baş verən peşmərgə ilə İraq ordusu arasındakı silahlı toqquşmalara görə Ərbilin Duhok vilayəti ilə Mahmur qəsəbəsində Mosula gedən yolu bağlayıb.

Publika.az
 xəbər verir ki, peşmərgə Ərbil-Mosul arasındakı quru yolda nəzarət nöqtələri yaradaraq, avtomobillərin giriş-çıxışına icazə vermir.

İraq ordusu və Haşdi Şabi ilə peşmərgə gücləri arasında Mosulun şimal-qərbində və cənubundakı Mahmur qəsəbəsində, həmçinin, Kərkükün şimalında Altunkörpü qəsəbəsində toqquşmalar davam edir.




Ana səhifəyə qayıt        Baxış: 477          Tarix: 26-10-2017, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma