Xəbər lenti
 
GünAz TV: Bu gün Urmiyənin İslamabad məhəlləsində “Rah-i Şohəda” qız məktəbi yerli əhalinin hücumuna məruz qalıb.
 
Buna 12 yaşlı bir qız şagirdin məktəbin gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması ilə bağlı yayılan xəbər səbəb olub. Məlumata görə, ilk öncə bir neçə şagirdin valdeynləri, sonra isə ətrafdakı insanlar məktəbin qarşısına toplaşıb. Etirazçılar məktəbin şüşələrini qırıb, ona maddi ziyan vurublar. Bundan sonra məktəb məsulları ilə etirazçılar arasında qarşıdurma yaşandığı bildirilir.
  
 
Təhlükəsizlik qüvvələri hadisə yerinə gələrək əhalini məktəbdən uzaqlaşdırıblar.
  
Hadisədən bir neçə saat sonra məsələyə münasibət bildirən Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər bildirib ki, qız şagirdin məktəbin gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması xəbəri həqiqəti əks etdirmir.
 
O bu barədə “İlna” xəbər agentliyinə məlumat verib.
 
“Bəzi sosial şəbəkələrdə yayılan xəbər doğru deyil, məktəbli qıza qarşı heç bir əxlaqsız hərəkət olmayıb. İlkin müşahidələrə görə, gözətçi kobud davranışa yol verib, lakin hər hansı əxlaqsız hərəkət olmayıb”- deyə Ə.Radfər bildirib.
 
Sonda vali müavini yayılan xəbərlə bağlı insanları diqqətli olmağa çağırıb. “Heç bir əxlaqsız hərəkət olmayıb, lakin bəziləri bu vəziyyətdən sui-istifadə etməyə çalışır. Ona görə də hər kəs diqqətli olmalıdır”- deyə o təkid edib.
  
 
N.S



Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 26-10-2017, 19:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma