Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsinin dişlənmə xəsarəti ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla sərhədində, Zaqatala rayonunun Aşağı Çardaqlar kəndinin inzibati ərazisində meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb.
Yeniyetmə həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.
Ona quduzluq əleyhinə iynə vurulub, vəziyyəti normaldır. (APA)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar