Xəbər lenti

 Rusiya hərbi-siyasi rəhbərliyi ölkə ordusunun Suriyadan çıxarılması imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzetin mənbəsi ordunun Suriyadan mərhələli şəkildə çıxarılacağını vurğulayıb.

Suriyadan çıxarılanlar arasında daha çox mühəndislər, texniki mütəxəssislər olacaq. Moskva həmçinin Hmeymimdəki aviabazadakı bir sıra texnikanı da Rusiyaya göndərəcək.

Bununla belə Moskva hava hücumundən müdafiə sistemlərini Suriyada saxlayacaq. Bu sistemlər daha çox Rusiyaya məxsus obyektlərin mühafizəsini təşkil edəcək.




Ana səhifəyə qayıt        Baxış: 693          Tarix: 30-10-2017, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma