Xəbər lenti

Rəsmi Moskva NATP-nun yürütdüyü siyasətə görə, Alyans yanındakı nümayəndəliyinin səviyyəsini daimidən müvəqqətiyədək azaltmaq imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, belə təşəbbüs ittifaqın konstruktiv dialoqa meyilli olmaması, hər hansısa müzakirənin isə Rusiya tərəfinə qarşı ittihamlara çevrilməsi ilə bağlıdır.

"Daimi nümayəndə Aleksandr Qruşko Moskvaya qayıtdıqdan sonra Brüsseldə müvəqqəti işlər vəkilini saxlamaq variantı nəzərdən keçirilir", - mənbə bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 819          Tarix: 10-07-2017, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma