Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
"ABŞ-ın Avropadakı raketdən müdafiə bazaları və Rusiyaya yaxın məsafədəki dənizlərdə və okeanlardakı raketdənmüdafiə silahlarıyla təchiz olunmuş gəmiləri Rusiyaya qarşı gizli və ani nüvə hücumu təşkil üçün güclü zəmin yaradır".
Ovqat.com xəbər verir ki, bu önəmli açıqlamanı Rusiya ordusunun Baş qərargahının Baş əməliyyat dairəsinin sədr müavini general-leytenant Viktor Poznixir verib.
VI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Poznixirin dediyinə görə, Rusiya rəsmiləri dəfələrlə ABŞ-ın diqqətini qlobal raketdən müdafiə sisteminin strateji güc balansı üçün meydana gətirdiyi təhlükəyə çəksə də, heç bir nəticə hasil olmayıb:
"Gerçəklər gözardı edilir. ABŞ öz raketdən müdafiə sistemlərinin Rusiya və Çini hədəf almadığını iddia edir. Kompüter simulyasiyaları isə ABŞ-ın iddialarının tam əksini göstərir. "
Rusiyalı general-leytenant ABŞ-ın bu mövqeyinin qlobal silahlanma yarışını qızışdırdığını da öz çıxışında etiraf edib:
"ABŞ-ın raketdən müdafiə sistemi, başda bütün strateji silahlar olmaqla, silahlanma yarışını təşviq edir və digər ölkələri hərbi və texniki tədbirlər görməyə məcburiyyətində qoyur".
Poznixir qlobal raketdən müdafiə sistemlərinin kosmosdan istənilən ölkə tərəfindən sərbəst istifadə edilməsi təhlükəsini yaratdığını da sözlərinə əlavə edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar