Xəbər lenti

Yəmənlə Səudiyyə Ərəbistanı sərhədində husilərlə baş verən qarşıdurma nəticəsində 3 Səudiyyə əsgəri öldürülüb.

"Report" İRİB-ya istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran vilayətinin Əl-Hazra sərhəd qapısı yaxınlığında Səudiyyə qüvvələrinə məxsus bir tankın vurulması nəticəsində qeydə alınıb.

Husilər son 48 saat ərzində Yəmənin Midi əyalətində geniş bir sahədə nəzarəti ələ keçiriblər və onlarla sudanlı və yəmənli muzdur zərərsizləşdirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 923          Tarix: 6-09-2017, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma