Xəbər lenti

Yəmən torpaqlarından Səudiyyə Ərəbistanının Məkkə bölgəsinə ballistik raket atılıb.

Publika.az xəbər verir ki, raket Səudiyyə Ərəbistanının havadan müdafiə sistemleri vasitəsilə zərərsizləşdirilib.

Səudiyyə Ərəbsitanının liderlik etdiyi koalisiya qüvvələrinin komandirliyi tərəfindən verilən açıqlamada raketin Məkkəyə Yəməndəki Husilər tərəfindən atıldığı bildirilib.

Lakin raket Məkkədən 69 km uzaqlıqda yerləşən Taif şəhəri yaxınlığında havadan müdafiə sistemləri tərəfindən heç bir ziyana səbəb olmadan zərərsizləşdirilib.

Qeyd edək ki, bu, Husilərin Kəbəni dağıtmağa yönəlmiş ilk cəhdi deyil. Keçən ilin sentyabr ayında da bir ballistik raket atılmış, ancaq Məkkədən 65 km uzaqlıqda zərərsizləşdirilimişdi.




Ana səhifəyə qayıt        Baxış: 992          Tarix: 28-07-2017, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma