Xəbər lenti

 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində səhvən otelə endirdiyi hava zərbəsini etiraf edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın nümayəndəsi Turki əl-Malikinin bəyanatında deyilir.

Məlumata əsasən, bu səhvin səbəbi kimi husilərin öz hərbi obyektlərini yaşayış sahələrində yerləşdirməsi göstərilir.

Qeyd edək ki, ərəb koalisiyasının Sana şəhərində otelə endirdiyi hava zərbəsi nəticəsində azı 40 nəfər həlak olub.




Ana səhifəyə qayıt        Baxış: 645          Tarix: 26-08-2017, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma